Lütfən gözləyin...

aligoshgar.github.io
Kullanıcı profili resmi

Əliqoşqar Kərimli

@aligoshgar

 1. Balerion:

Sürücülər: 

1.King Aegon I Targaryen 

2.Princess Aerea Targaryen

3.King Maegor I Targaryen

4.King Viserys I Targaryen

Westeros fəthi zamanı istifadə edilən birinci nəslin üç original əjdahasından biri idi. "Qara Dəhşət" ləqəbli Balerion indiyə qədər yaşamış ən böyük əjdaha idi. Deyilənə görə, o, o qədər böyük idi ki, kölgəsi bütün şəhəri qaranlığa qərq edə bilərdi. Game of Thrones serialında biz Balerionun nəhəng kəlləsini yalnız Qırmızı Qalanın zirzəmilərində gördük. Bəzi mənbələrə görə, onun adının mənası “Alov arxasında ümid” deməkdir. Onun ilk sürücüsü Westerosu fəth edən və 7 Krallığı idarə edən 1-ci Aegon Targaryen idi.


2. Vhagar: 

Sürücülər: 

1.Queen Visenya Targaryen

2.Prince Baelon Targaryen

3.Lady Laena Velaryon

4.Prince Aemond "One-Eye" Targaryen

Tərəf: Yaşıllar

Westeros fəthi zamanı istifadə edilən birinci nəslin üç original əjdahasından biri idi. Baleriondan sonra ən böyük, ən güclü və ən təhlükəli əjdaha olan Vhagar Fəth Müharibəsi zamanı Visenya Targaryen və daha sonra Əjdahaların Rəqsi vətəndaş müharibəsində Aemond Tarqaryen tərəfindən sürülən nəhəng dişi əjdaha idi. Vhagar 180 ildən çox yaşadı. Balerion öləndə daha böyük idi, lakin Vhagar daha uzun yaşadı və ona rəqib olacaq qədər böyüdü. O, həyatda olan ən güclü, ən böyük əjdaha idi və Vhagar da Balerion kimi qocalaraq ölsəydi, hətta ondan da böyük ola bilərdi. Lakin bu heç vaxt baş vermədi, çünki bildiyimiz kimi, o, Caraxes ilə döyüşərkən öldü. O, iki əjdahanı (Caraxes və Arrax) öldürdü və bir əjdahanın (Meleys) ölümündə mühüm rol oynadı.


3. Meraxes: 

Sürücülər: 

1.Queen Rhaenys Targaryen

Westeros fəthi zamanı istifadə edilən birinci nəslin üç original əjdahasından biri idi. O, bütöv bir atı udmağa qadir olduğu deyilən güclü, mirvari ağ rəngli əjdaha idi. O Westerosun fəthinin original üç əjdahasından bədbəxt olanı idi. Dorne müharibəsi zamanı o, əqrəb başlı böyük bir ox tərəfindən gözündən vuruldu və sürücüsü Rhaenys Targaryen ilə birlikdə öldü. Meraxes bir insan tərəfindən öldürülən tək əjdahadır. O, Baleriondan kiçik idi, lakin ölümü zamanı Vhagardan böyük idi. Vhagar daha çox yaşadığı üçün sonralar onu ötüb keçdi. Kəlləsi müharibədən sonra Qırmızı qalaya qaytarıldı və hələ də o salonu bəzəyir.


4. The Cannibal: (Əhilləşdirilməyən)

Sürücülər: Yoxdur. 

Əjdaha qayasında yaşayan vəhşi bir əjdahadır ki, onu ram etmək mümkün deyil. "Cannibal" adını almasının səbəbi öz türünü - ölü əjdahaları və yeni doğulmuş əjdahaları yeməsidir. Əjdahalar qiymətli güc mənbələri olsalar da, heç kim Cannibalı əhilləşdirə bilməyib. O, Dragonstone adasında yaşayan üç vəhşi əjdahadan biri idi. Çox tünd rəngi və qorxunc yaşıl gözləri var idi. O, digər iki vəhşi əjdaha, Sheepstealer və Grey Ghost ilə yaşayırdı və eyni zamanda onlardan ən böyüyü və ən yaşlısı idi.




5. Vermithor:

Sürücüləri: 

1.King Jaehaerys I Targaryen

2."King" Hugh I "Hammer"

Tərəf: Qaralardan Yaşıllara

İşğaldan sonra Aegon və bacılarının əjdahaları daha bir neçə yumurta qoyurlar. Beləliklə güclü əjdahaların ikinci nəsli doğulur. Nəslinin ən güclü və ən böyük əjdahalarından biri olan Vermithor Əjdahaların Rəqsində Seasmoke və Tessarion ilə döyüşərkən ölür. Lakin o, hər iki əjdahaya ölümcül yaralar vurur və onları da özü ilə aparır. Onun ilk sürücüsü Kral Jaehaerys Targaryen öldükdən sonra vəhşiləşən əzəmətli bürünc rəngli məxluq Vermithor daha sonra Hugh Hammer tərəfindən əhilləşdirilir və Rhaenyra ilə birlikdə vuruşur, ancaq vətəndaş müharibəsinin ortasında ona xəyanət edir və tərəf dəyişdirir. Vermithor nəhayət Seasmoke və Tessarion ilə döyüşdə öldü, bu 3 əhdaha arasında o, ən böyük əjdaha idi, amma ilk həlak olan da o idi. Lakin hər üç əjdaha sonda döyüşün yaralarından ölürlər. Birinci sezonun son bölümündə Daemon Targeryanla birlikdə gördüyümüz Vermithor "Bronze Fury" - "Bürünc qəzəb" adı ilə tanınır. Vhagardan sonra Westerosun ən böyük və ən qədim məlum əjdahası. Onun təxminən 100 yaşı var. Serialın ilk bölümündə gördüyümüz Jaehaerys I Targaryenin mindiyi Vermithor, ölümündən sonra heç kim tərəfindən minilməyib. O Vhagardan sonra yaşayan ən böyük əjdaha olduğundan serialın sonrakı hissələrində çox mühüm rol oynayacağını deyə bilərik.


6. Sheepstealer: (Yarı əhilləşdirilməyən)

Sürücüləri: 

1.Nettles

Tərəf: Qaralar

Adını qoyun oğurlamaqdan alan dişi əjdaha Sheepstealer Dragonstone adasında böyüyən 3 vəhşi əjdahadan biri idi. Həyatına vəhşi əjdaha kimi başlayan Sheepstealer onu əhilləşdirməyə çalışan bir çox lordu öldürür. Hətta onun öldürdüyü lordların sayının Westerosda yaşayan bütün vəhşi əjdahaların cəmindən daha çox olduğu şayiələri də var. Targaryen və ya Velaryon olduğu üçün bunu bacardığı düşünülən Nettles "Əjdahaların Rəqsi" zamanı Sheepstealeri əhilləşdirməyi bacaran yeganə insandır. Bunu əjdaha qoyun ətinə öyrəşənə qədər ona hər gün qoyun əti verərək bacardığı deyilir. Nəhayət, Sheepstealer və Nettles Şahzadə Rhaenyra və Şahzadə Daemon ilə birlikdə döyüşdü. Sonu ölümcül deyildi, amma yəqin ki, daha faciəli oldu. Sheelstealerdəki Nettles və Caraxesdəki Daemon əzəmətli Vhagarda olan Aemond Tarqaryeni ovladı. Amma bu vaxt Rhaenyra digər iki nəfər tərəfindən ona xəyanət edildiyi üçün Nettles-ə artıq inana bilməyəcəyini düşündü və onların ölməsini istədi. Bunun yerinə Daemon Sheepstealer və sürücüsü Nettlesi uzaqlara göndərərək Vhagar və Aemonda təkbaşına hücuma keçdi. Bu qarşıdurmada iştirak edən dörd tərəfin hamısının ölümünə səbəb oldu. Daemon çox güman ki, Vhagarın döyüşə girəcəyini bilirdi, çünki o, indiyə qədər mövcud olan ən böyük əjdahalardan biri idi, lakin onun sadiq Caraxesi yaraları onu öldürməzdən əvvəl o heyvanı öldürməyi bacardı. Əjdahanın əsl gücü hələ də sirr olaraq qalır, çünki Nettles və Sheepstealer vətəndaş müharibəsindən əvvəl qaçmışdılar. Sheepstealer və Nettles vətəndaş müharibəsi zamanı Westerosdan qaçdılar və bir daha onlardan xəbər alınmadı.


7. Silverwing: 

Sürücüləri:

1.Queen Alysanne Targaryen

2.Lord Ulf "The White"

Tərəf: Qaralardan Yaşıllara

Silverwing bir vaxtlar Kraliça Alysanne Targaryenə məxsus böyük, gözəl dişi bir əjdaha idi. Lakin Kraliçanın ölümündən sonra o, sürücüsüz qaldı və nəticədə vəhşi, əhilləşdirilməmiş əjdahalardan birinə çevrildi. Sonralar "əjdaha toxumu" Ulf tərəfindən əhilləşdirilən Silverwing Vermithorun ölümündən sonra kədərlənərək yoxa çıxdı. O, sonuncu dəfə Reachin şimalında, Qırmızı Göldə görülüb və təbii səbəblərdən öldüyü güman edilir.


8. Dreamfyre: 

Sürücüləri:

1.Queen Rhaena Targaryen

2.Queen Helaena Targaryen

Tərəf: Yaşıllar

Dreamfyre, Dragonpit hadisəsi zamanı Əjdaha Çuxurunda öldürülən beş əjdahadan biri idi. Üsyançılar çuxurlara girərək bütün əjdahaları öldürdülər. Dreamfyre sağ qalan sonuncu əjdaha idi. O, zəncirlərə bağlı olan digər üç əjdahadan (Shrykos, Morghul və Tyraxes) fərqli olaraq zəncirlərini qıraraq qaçmağa çalışsa da, uğursuz oldu. Dreamfyre zəncirlərindən xilas ola bildi, çoxlu üsyançı öldürdü, lakin Əjdaha Çuxurunun günbəzinə dəydikdə bina onun üzərinə çökərək ölümünə səbəb oldu. Storming of the Dragonpit hadisəsi zamanı üsyançılar Əhdaha Çuxurundakı zəncirlərə bağlı olan dörd əjdahanı -  Shrykos, Morghul, Tyraxes və Dremfyre-ı, eləcə də şəhərin üzərində sərbəst uçan Syrax-ı öldürmüşdür. Deyilənə görə Dreamfyre əslində Daenerys Targaryenin əjdahaları olan Drogon, Viserion və Rhaegalın anasıdır.


9. Caraxes (The Blood Wyrm):

Sürücüləri:

1.Prince Aemon Targaryen

2.Prince Daemon Targaryen

Tərəf: Qaralar

Qan Əjdahası kimi tanınan Caraxes əvvəlcə Aemon Tarqaryen, sonra isə Daemon Tarqaryen tərəfindən minilən qırmızı əjdaha idi. Qırmızı pulcuqları olan Caraxes uzun boyun quruluşuna görə digər əjdahalardan çox fərqli görünürdü. Ssenari müəllifi Corc RR Martin Vhagarla müqayisəsi zamanı Caraxes haqqında belə deyir: “Gənc, çox sürətli, çox döyüşkən və çox vəhşi.” Qan Əjdahası Caraxes sürücüsü Daemon Targaryen kimi qorxmaz və qəddar idi. O, serialın ən böyük və ən təcrübəli əjdahalarından biri idi. Döyüşlərdə inanılmaz performansları ilə şöhrət qazanan Caraxes istirahət etmədən döyüşə davam edə bilirdi. O, Vhagarla döyüşərək ölmüşdür.


10. Meleys (The Red Queen): 

Sürücüləri:

1.Princess Alyssa Targaryen

2.Princess Rhaenys Targaryen "The Queen Who Never Was"

Tərəf: Qaralar

Dişi bir əjdaha olan Meleys indiyə qədər mövcud olan ən möhtəşəm əjdahalardan biri idi. Parlaq qırmızı rənginə görə Qırmızı Kraliça kimi də tanınırdı. Əvvəl Alyssa Targaryen və daha sonra Şahzadə Rhaenys tərəfindən minilən Meleys müharibə zamanı ən güclü əjdahalardan biri kimi vuruşdu. Serialın 9-cu bölümündə o, qarşımıza möhtəşəm şəkildə çıxdı. Onun Westerosdakı ən sürətli və ən çevik əjdaha olduğu deyilir. O, həm də döyüşdə çox təcrübəlidir. Qırmızı Kraliça Meleys kitabda "qoca və hiyləgər, tənbəl, lakin təhrik ediləndə qorxunc" kimi təsvir edilir. O, müharibə  zamanı Vhagar və Sunfyre tərəfindən öldürülmüşdür.


11. Syrax: 

Sürücüləri:

1.Queen Rhaenyra I Targaryen

Tərəf: Qaralar

Raenyra Targaryen tərəfindən sürülən Syrax adını qədim Valyrian ilahəsindən alan sarı rəngli dişi bir əjdaha idi. Güclü və böyük olmasına baxmayaraq çox vaxt zəncirləndiyi üçün o, Caraxes və ya Vhagar kimi döyüş təcrübəsinə sahib deyildi. Böyümə dövründə qapalı saxlandığı üçün kifayət qədər inkişaf edə bilmədiyi deyilir. Storming of the Dragonpit hadisəsi zamanı üsyançılar Əhdaha Çuxurundakı zəncirlərə bağlı olan dörd əjdahanı -  Shrykos, Morghul, Tyraxes və Dremfyre-ı, eləcə də şəhərin üzərində sərbəst uçan Syrax-ı öldürmüşdür.


12. Quicksilver: 

Sürücüləri:

1.King Aenys I Targaryen

2.Prince Aegon Targaryen "The Uncrowned"

Quicksilver odlu nəfəsi ağ rəngdə olan ağ rəngli bir əjdaha idi. Onun ilk sürücüsü olan xəstə şəhzadə Aenys Quicksilverə mindikdən sonra sağlamlığını tez bir zamanda bərpa etdi. Quicksilver odlu nəfəsi ağ rəngdə olan vəhşi əjdahadır. Maegor I Targaryen tərəfindən idarə olunan Balerion döyüş zamanı Quicksilveri sürücüsü tacsız Aegon ilə birlikdə öldürmüşdür.



13. Grey Ghost: (Əhilləşdirilməyən)

Sürücüləri: Yoxdur. 

Grey Ghost Dragonstone-da yaşayan üç vəhşi əjdahadan biri idi. Adını görünüşündən və Əjdaha Qayası əhalisinin onu axtaranda heç vaxt tapa bilməməsindən almışdır. Belə ki, o Dragonstone-da vulkanik Dragonmont dağı ətrafında yaşayırdı və insanlardan mümkün qədər qaçırdı. Heç vaxt əhilləşdirilməmiş olan Grey Ghost Sunfyre tərəfindən öldürülmüşdür.


14. Sunfyre:

Sürücüləri:

1.King Aegon II Targaryen

Tərəf: Yaşıllar

Göz qamaşdıran qızılı rəngli erkək əjdaha Sunfyre yaşayan ən gözəl əjdaha sayılırdı. O, nəhəng Vhagar kimi böyük və qoca əjdahalardan biri deyildi, amma yenə də döyüşdə çox güclü və təcrübəli idi. Westerosun indiyə qədər gördüyü ən gözəl əjdaha kimi tanınan Sunfyre, Meleys-i öldürdüyü döyüşdə qismən iflic olur. Tam olmasa da, sağalmağı bacaran Sunfyre Grey Ghost-u öldürərkən daha bir neçə yara alır və Moondancer ilə döyüşərkən aldığı xəsarətlər səbəbindən ölür.


15. Tessarion (The Blue Queen): 

Sürücüləri:

1.Prince Daeron "The Daring" Targaryen

Tərəf: Yaşıllar

Mavi Kraliça ləqəbli Tessarion Şahzadə Daeron Targaryenin mindiyi möhtəşəm mavi rəngli dişi əjdaha idi. Tessarion "Əjdahaların Rəqsi" zamanı bir neçə döyüşdə müvəffəqiyyətlə qalib gəlsə də, Seasmoke və Vermithor ilə döyüşərkən aldığı ölümcül yaralar səbəbindən ertəsi gün əzab çəkməsin deyə öldürüldü.


16. Seasmoke:

Sürücüləri: 

1.Prince Laenor Velaryon

2.Addam Velaryon

Tərəf: Qaralar

Boz və ağ pulcuqlara sahib olan Seasmoke Dragonstone adasında yaşayan vəhşi əjdahalardan biri idi. Rhaenyra Targaryen onu əhliləşdirməyə çalışdı və buna nail oldu. Onun ilk sürücüsü Rhaenyra Targaryenin əri Leanor Velaryon oldu. Onun əjdahası Seasmoke rəngləri ilə diqqət çəkən və çevik əjdaha kimi tanınırdı. Müharibə zamanı Vermithor və Tessarion ilə döyüşərkən ölmüşdür.


17. Vermax:

Sürücüləri:

1.Prince Jacaerys Velaryon

Tərəf: Qaralar

Rhaenyra Targaryenin böyük oğlu Jacaerys Velaryonun əjdahası Vermax müharibə zamanı sürücüsü Jacaerys ilə birlikdə dəstək və sədaqət axtarmaq üçün şimala göndərildi və müvəffəqiyyət qazandı. Westeros tarixinin ən qanlı dəniz müharibəsi zamanı o dənizə çırpıldı və sürücüsü ilə birlikdə öldü. Qəzaya düşməmişdən əvvəl gözündən oxla vurulduğuna dair rəvayət vardır. O zeytun rəngli yaşıl pulları və solğun narıncı qanad pərdələri ilə diqqət çəkirdi.


18. Arrax:

Sürücüləri:

1.Prince Lucerys Velaryon

Tərəf: Qaralar

Arrax Dragonstone-da yaşayan 12 əjdahadan və eyni zamanda sürücüsü olan 6 əjdahadan biri idi. Onun sürücüsü Şahzadə Lucerys Velaryon idi. O, əjdahaların rəqsinin sonlarında öldürülmüş gözəl və gənc bir əjdaha idi. Arrax və sürücüsü Lucerys Vhagar və sürücüsü Aemond Targaryen tərəfindən hücuma məruz qaldı. Vhagar Arraxdan ən azı beş dəfə böyük idi və havada başını dişləyərək asanlıqla onu qopardı. Lucerys körfəzin dərin sularına düşərək boğuldu. Arrax Westerosun ən kiçik əjdahalarından biri idi və serialın son bölümündən anlaşıldığı kimi daha çox səyahət vasitəsi kimi istifadə edilirdi.


19. Tyraxes:

Sürücüləri: 

1.Prince Joffrey Velaryon

Tərəf: Qaralar

Rhaenyra Targaryenin birinci əri Laenor Velaryondan üç övladı olur. Oğullarından biri, Şahzadə Joffrey Velaryon hələ minmək üçün kifayət qədər yaşı olmayan gənc əjdaha Tyraxesə bağlı idi. Storming of the Dragonpit hadisəsi zamanı zəncirlərinə ilişdiyi üçün qaça bilməyən Tyraxes digər 4 əjdaha ilə birlikdə sui-qəsdçilər tərəfindən asanlıqla öldürüldü. Storming of the Dragonpit hadisəsi zamanı üsyançılar Əhdaha Çuxurundakı zəncirlərə bağlı olan dörd əjdahanı -  Shrykos, Morghul, Tyraxes və Dremfyre-ı, eləcə də şəhərin üzərində sərbəst uçan Syrax-ı öldürmüşdür.


20. Morning: 

Sürücüləri: 

1.Lady Rhaena Targaryen

Həyatı çox qısa olan Morning Rhaena Targaryenin əjdahası idi. O, müharibə zamanı doğulmuşdu. Amma onun hansı səbəbdən və nə zaman öldüyünü dəqiq öyrənə bilmirik, lakin öləndə və ya itəndə onun yaşının 25-dən çox olmadığı qəbul edilmişdir.



21. Stormcloud:

Sürücüləri: 

1.Prince Aegon "the Younger" Targaryen

Tərəf: Qaralar

O, qısa ömrünə baxmayaraq qəhrəmancasına həlak olan cəsur bir əjdaha idi. O qədər balaca idi ki, balaca şahzadə III Aegonu belində güclə daşıya bilirdi. Rhaenyra müharibə gücləndiri üçün şahzadə Daemondan olan uşaqları şahzadə III Aegon və şahzadə II Viserysi Stormcloud ilə birlikdə Kral Torpaqlarından daha təhlükəsiz bir yerə getməkləri üçün gəmiyə mindirildilər. Lakin səyahət əsnasında edilən hücum nəticəsində balaca əjdaha boynundan yaralansa belə, özündə güc taparaq kiçik şahzadəni III Aegonu belinə aldı və geriyə - Kral Torpaqlarına doğru uçdu. Şahzadə sağ qaldı, lakin Stormcloud aldığı xəsarətlərdən və yorğunluqdan qəhrəmancasına həlak oldu. O, təkcə şahzadəni xilas etdiyi üçün deyil, həm də Rhaenyraya ordunun onlara hücum edəcəyi barədə xəbərdarlıq etdiyi üçün qəhrəman idi.


22. Shrykos: 

Sürücüləri (Sürülmədən öldü): 

1.Prince Jaehaerys Targaryen

Tərəf: Yaşıllar

Sahibi tərəfindən minilməzdən əvvəl ölən gənc əjdaha Shrykos Dragonpit hadisəsi zamanı Hewer Hobb adlı bir sui-qəsdçinin onun başının arxasına böyük bir balta vurması nəticəsində ölmüşdür. Əgər yaşasaydı gənc Jaehaery Targaryen tərəfindən miniləcəkdi. Storming of the Dragonpit hadisəsi zamanı üsyançılar Əhdaha Çuxurundakı zəncirlərə bağlı olan dörd əjdahanı -  Shrykos, Morghul, Tyraxes və Dremfyre-ı, eləcə də şəhərin üzərində sərbəst uçan Syrax-ı öldürmüşdür.


23. Morghul:

Sürücüləri (Sürülmədən öldü):

1.Princess Jaehaera Targaryen

Tərəf: Yaşıllar

Shrykosla eyni qədəri paylaşan Morghul sahibi tərəfindən minilməzdən əvvəl ölən bir digər gənc əjdahadır. Morghul da Dragonpit hadisəsi zamanı öldürülən 4 əjdahadan biri idi. Daha öncə bəhs etdiyimiz Dreamfyre kimi Morghul da ölməzdən əvvəl çoxlu üsyançı öldürmüşdür. Onu heç vaxt minə bilməsə belə sahibi Jaehaera ilə Morghul arasında güclü bir bağ var idi. Storming of the Dragonpit hadisəsi zamanı üsyançılar Əhdaha Çuxurundakı zəncirlərə bağlı olan dörd əjdahanı -  Shrykos, Morghul, Tyraxes və Dremfyre-ı, eləcə də şəhərin üzərində sərbəst uçan Syrax-ı öldürmüşdür.


24. Moondancer: 

Sürücüləri:

1.Lady Baela Targaryen

Tərəf: Qaralar

O, böyük potensiala malik və gözəl açıq yaşıl əjdaha idi. Halbuki o, öləndə inanılmaz dərəcədə gənc və balaca idi. O sürücüsü Baela Targaryenin ağırlığını çətinliklə saxlaya bilirdi. Ölçüsü bir savaş atından biraz böyük idi. Bununla belə, ölçüsü və gücü olmamasına baxmayaraq, o inanılmaz dərəcədə sürətli idi. Ancaq daha böyük, daha güclü və daha təcrübəli əjdaha olan Sunfyre ilə üz-üzə gələndə onun heç bir şansı yox idi. Sunfyre Moondancer-i parçaladı və onu uddu, lakin eyni zamanda Sunfyre da ölümcül yaralandı. Onun sürücüsü Baela isə sağ qaldı. 


25. Drogon:

Sürücüləri: 

1.Daenerys Targaryen

Drogon eramızdan əvvəl 299-cu ildə Dotraki dənizində Daenerys Targaryenə hədiyyə edilən 3 əjdaha yumurtasından birinin içindən çıxmışdı. Yəni Sürücüsü Daenerys Targaryenin Game of Thrones serialından tanıdığımız üç əjdahasından biridir. Bu üç əjdahadan ən aqressiv olan Drogon idi və onun adı Daenerysin mərhum əri Khal Drogonun adından götürülmüşdür. Drogon serialın sonunda Daenerysin cəsədini tapdıqdan sonra Dəmir taxtı əridərək yox etdi və cəsədi alaraq uçub getdi. Bundan sonra Drogodan xəbər alınmadı. Drogonun dünyaya gəldiyi yumurtanın Dremfyre-a aid olduğu rəvayət edilir. 


26. Rhaegal:

Sürücüləri: 

1.Jon Snow (Serialda)

Eynilə Drogon kimi Rhegal da eramızdan əvvəl 299-cu ildə Dotraki dənizində Daenerys Targaryenə hədiyyə edilən 3 əjdaha yumurtasından birinin içindən çıxmışdı. Rhaegal, Daenerys Targaryenin böyük qardaşı Rhaegar Targaryenin adını daşırdı. Onun fərqli tunc pulları və narıncı qanadları var idi. Drogondan fərqli olaraq çox da aqressiv olmayan Rhaegal Daenerys üçün həmişə qoruyucu əjdaha olub. Jon Snow ilə xüsusi bir bağ qurmuşdu. İnanılmaz dərəcədə gözəl yaşıl və bürünc pullara sahib olan Rhaegal qardaşı Drogondan daha həssas idi. Rhaegal üç əjdaha arasında ən faciəli sonu yaşayan əjdaha oldu. Viserion öldürülüb wraith əjdahaya çevrildikdən sonra Rhaegal onu xilas etməyə çalışdı. Əlbətdə ki, bacara bilmədi və sonda Wraith Viserion döyüşdə Rhaegalı ağır yaraladı. Bu da ona birdən çox əqrəb başlı oxun ona dəyməsinə və onun Dragonstone-u əhatə edən sulara düşməsinə səbəb oldu. Drogon kimi Rhaegalın da dünyaya gəldiyi yumurtanın Dremfyre-a aid olduğu rəvayət edilir. 


27. Viserion:

Sürücüləri: 

1.Night King (Serialda)

Eynilə Drogon və Rhaegal kimi Viserion da eramızdan əvvəl 299-cu ildə Dotraki dənizində Daenerys Targaryenə hədiyyə edilən 3 əjdaha yumurtasından birinin içindən çıxmışdı. Daenerys Targaryenin üçüncü əjdahası olan Viserion sakit və qoruyucu əjdaha idi və qardaşları arasında Drogona nisbətən Rhaegala daha çox bənzəyirdi. Şimalda Gecə Kralına (Night King) qarşı müharibədə öldürülən Viserion bir ölümsüz ağ gəzən kimi dirildi və Daenerysə qarşı vuruşaraq Rhaegalın ölümünə səbəb oldu. Viserion adını adını Daenerys Targaryenin qardaşı Şahzadə Viserys Targaryenin adından almışdır. Drogon və Rhaegal kimi Viserionun da dünyaya gəldiyi yumurtanın Dremfyre-a aid olduğu rəvayət edilir.


28. The Last Dragon: 

Sürücüləri: Yoxdur. 

III Aegon Targaryenin dövründə Kral Torpağında doğulan, xəstə və zəif olduğu deyilən və əsl adı bilinməyən sonuncu əjdaha 153-cü ildə öldü və 146 il sonra Daenerys Tarharyenin 3 əjdahası doğulana qədər Westerosda yaşayan son əjdaha oldu.




Kitabda adı olmayan əjdahalar:

Kitablarda olmayan lakin Game of Thrones serialının 1-ci sezonunun 4-cü bölümünün 12-ci dəqiqəsinin 18-ci saniyəsində başlayan Daenerys Targaryenin qardaşı Viserys Targaryenin Doreah ilə birlikdə olduğu bir səhnədə ölən və kəllə sümükləri qızıl qalada saxlanılan əjdahalardan bəhs edərkən 8 əjdahanın adını çəkir. Onlardan 3-ünün adı yuxarıda bəhs etdiyimiz əjdahaların arasında olsa da, qalan 5-i haqqında heç bir məlumat yoxdur və kitablardan onların heç birinin adı keçmir. Həmin əjdahalar aşağıdakılardır:

1. Archonei (bəzi qaynaqlarda Morgoth) ;

2. Essovius ;

3. Ghiscar ;

4. Valyron ;

5. Vermithrax (Bu ad yəqin ki, bir dəfə Vermithorun "Dragonslayer" adlı filmdəki başqa bir əjdaha Vermithrax-ın şərəfinə adlandırıldığını bildirən Martinə hörmət idi. Film 80-ci illərdə çıxdı və Martin əjdahaları üçün böyük bir ilham oldu) .

Bu adları onun həmin an uydurduğu da düşüncələr arasındadır.


Aurionun adsız əjdahası:

"The World of Ice & Fire" kitabında Aurion Valyriya qiyamətindən sağ çıxan bir neçə əjdaha lordlarından biri idi. Aurion qüvvələri topladı və özünü Valyriyanın ilk imperatoru elan etdi. Əjdahasının üstündə o, otuz min adamı ilə birlikdə Freeholdu bərpa etmək üçün cənuba uçdu. Nə İmperator Aurion, nə də əjdahası bir daha görünmədi.






Qızıl Çöldə ölüsü tapılan əjdaha:

Nəhəng bir əjdahanın skeleti Daenerys Targaryen tərəfindən Vaes Tolorro'nun cənubundakı Qızıl Çöl qumlarında tapılır. Onun vəhşi, yoxsa minilmiş olduğu məlum deyil.


Əfsanəvi və Tarix öncəsi əjdahalar:

Terrax:

Terrax Valyrialı zadəgan qadını və əjdaha minicisi Jaenara Belaerysin mindiyi əfsanəvi əjdaha idi. İnsanlar Terraxı heç vaxt görməsələr də, Jaenara onunla əvvəllər getmədiyi qədər cənuba, Sothoryosa uçdu.




Urrax:

Urrax İlk insanların zamanında yaşamış bir əjdaha idi, əfsanəyə görə, Güzgü Qalxanlı Serwyn tərəfindən öldürülmüşdür. Serwyn gizlicə Urraxın üstünə güzgü olan qalxanının arxasında gizlənərək gəldi, ona görə də əjdaha ancaq öz əksini görürdü. Serwyn daha da yaxınlaşaraq Urraxı öldürdü. Game of Thrones zamanlarında Haldon Tyrion Lannisterlə mübahisə edərkən ondan Güzgü Qalxanlı Serwynin Urraxı necə öldürdüyünü soruşur. O, Tyrion-un düzgün cavabından təsirlənmir və hətta Rolly Duckfield-in də bu hekayəni bildiyini iddia edir.


Nagga: ♀

Nagga Qəhrəmanlar çağından qalmış əfsanəvi dəniz əjdahası idi. O Gray King tərəfindən öldürüldükdən sonra sümüklərinin Köhnə Wyk-dəki Nagga təpəsində Gray King-in salonunu təşkil etdiyi deyilir. Çənələri onun taxtına, dişləri isə tacına çevrildi. Salonunu onun canlı alovu ilə isitdi. Ancaq Gray King öləndə, Fırtına Tanrısı onun odunu söndürdü. Yalnız sütunları meydana gətirən sümükləri qaldı.



Ice Dragon: 

Əfsanəvi Buz əjdahalarının Shivering Sea və White Waste-də gəzindiyi deyilir. Əfsanəyə görə onların Valyria əjdahalarından xeyli böyükdür və canlı buzdan yaradılmışdır. Onun solğun mavi kristal gözləri, böyük yarı-şəffaf qanadları və soyuq nəfəsi vardır.




Mövzu ilə əlaqədar yararlı olacağını düşündüyüm şəkillər:

1. Əjdahaların ölçüsünə görə sıralaması:









2. Westeros və Essos - Bilinən Dünya xəritələri:




3.Targaryenlərin soy ağacı:







Əjdahaları araşdırarkən qarşıma çıxan və tapılması mümkün olan bütün adları çeşidləyərək, kateqoriyalarına ayıraraq sizə təqdim etməyə çalışdım. Bu zaman bir məlumatın bir neçə qaynaq tərəfindən təsdiqinə önəm verdim. Lakin, bir qaynaq var ki, orada başqa heç yerdə raslaşmadığım əjdaha adları (Oreys, Gaulax, Durkyos, Irax, Voraxes, Shamithor, Xarkax, Virya, Kerzogue, Aegorax, Erinnon, Garnet, Meleyx, Moonfyre, Nightwing, Seastar, Silanax, Siren, Starfyre, Stormsong, Sunburst, Iraxes, Vhaegon, Wraith, Arranax, Blue, Cyrax, The Leviathan, Saerax), təkrarlanan əjdaha adlarına (Morghul, Drogon, Rhegal, Viserion, Urrax) və bu mövzu ilə əlaqədar digər təsdiqini tapmadığım məlumatlara rast gəldim. Dediyim kimi, bu məlumatlar üçün təsdiq rolunu oynayacaq başqa bir qaynaq tapmadığım üçün onu sizə sadəcə link şəklində təqdim edirəm. İstəyən şəxslər daxil olub baxa bilər:

https://awoiaf-rp.fandom.com/wiki/Dragons

https://awoiaf-rp.fandom.com/wiki/Gaulax


Mövzunu araşdırarkən istifadə etdiyim və istifadə edərkən tərcümənin yanı sırasında məlumatlarını dəqiqləşdirərək düzəliş etdiyim bütün qaynaqlar aşağıdakılardır:

https://awoiaf.westeros.org/index.php/Dragon

https://wiki.westerostr.com/Ejderhalar

https://eksiseyler.com/westeros-ejderhalari-hakkinda-bilmek-isteyeceginiz-her-sey

https://eksiseyler.com/game-of-thrones-ve-house-of-the-dragonda-gordugumuz-ejderhalarin-akibeti-ne-oldu

https://kulturflix.com/house-of-the-dragon-ejderha-isimleri-boyutlari-sahipleri-olumu-ve-tum-detaylari/

https://onedio.com/haber/toplanin-game-of-thrones-serisinde-yer-alan-birbirinden-farkli-34-adet-ejderhayi-acikliyoruz-1095414

https://onedio.com/haber/westeros-un-goz-bebekleri-game-of-thrones-kitaplarina-gore-en-guclu-15-ejderha-1100152

https://tr.ign.com/game-of-thrones-house-of-the-dragon-1/113091/gallery/house-of-the-dragonda-yer-alan-tum-ejderhalar?p=1


   
 
Gördüyünüz yazıların və dizayn qrafiklərinin müəllifi Əliqoşqar Kərimlidir. Bu səbəbdən saytdan götürərək hər hansı başqa bir platformada istifadə etdiyiniz hər bir məlumat üçün istinad verməyiniz mütləqdir! Müəllif hüquqlarının qorunması məqsədilə sayt içərisindəki mətnlərin kopyalanması funksiyası deaktiv edilmişdir!