Lütfən gözləyin...

aligoshgar.github.io
Kullanıcı profili resmi

Əliqoşqar Kərimli

@aligoshgar

    1948-ci ildə Nyu-Cersidə dünyaya gələn George Raymond Richard Martin bütün dünyada fenomenə çevrilən "A Song of Ice and Fire", yəni "Buz ve Ateşin şarkısı" kitab seriyasını 1991-ci ildə yazmağa başladı. Kitab seriyasını hələ oxumayanlar onun adını seriyanın ilk kitabının adı olan "A Game of Thrones", "Taht oyunları" zənn edirlər. Ancaq "Taxt oyunları" bir kitab seriyası yox, "Buz ve Ateşin şarkısı" kitab seriyasının ilk kitabıdır. Yəni doğru ifadə "Taxt oyunları" kitab seriyası yox, "Buz ve Ateşin şarkısı" kitab seriyası olmalıdır. 

    George R.R. Martin bu vaxta qədər "A Song of Ice and Fire", yəni "Buz ve Ateşin şarkısı" kitab seriyası çərçivəsində 5 kitab yayımladı: 

1. "A Game of Thrones" / "Taht oyunları" (1996) ;

2. "A Clash of Kings" / "Kralların çarpışması" (1999) ;

3. "A Storm of Swords" / "Kılıçların fırtınası" (2000) ;

4. "A Feast for Crows" / "Kargaların ziyafeti" (2005) ;

5. "A Dance with Dragons" / "Ejderhaların dansı" (2011) .

    Yazarın kitab seriyasının 6-cı və 7- ci kitabları olacaq "The Winds of Winter", yəni "Kış rüzgarları" və "A Dream of Spring", yəni "Bahar rüyası" kitabları üzərində çalışdığı bilinir. 

    George R.R. Martin bu kitab seriyasının yanı sıra bu romanlardakı hadisələrin fonunda böyük və kiçik həcmli digər əsərlər də yazmışdır. Hansı ki, bu yazımızda biz onun həmin əsərlərini paylaşaraq, o  əsərlər haqqında qısa məlumat verib onların yazılma və oxunma ardıcıllıqlarını təqdim edəcəyik.

    Aşağıda təqdim edəcəyimiz ardıcıllıq kitabların George R.R. Martin tərəfindən yazılma tarixlərinə görə yox, kitablarda baş verən hadisələrin xronoloji ardıcıllığı əsasında tərtib edilmişdir və hadisələrin ardıcıllığı baxımından kitablar bu ardıcıllıqla oxunmalıdır. Kitabların George R.R. Martin tərəfindən yazılma tarixləri isə onların qarşısında qeyd ediləcəkdir. Kitabları endirmək üçün onların adlarına click edə bilərsiniz.

    1. "Fire & Blood" / "Ateş ve Kan"

    Yazılma tarixi: 2018-ci il. Tam adı Fire & Blood: 300 Years Before A Game of Thrones olan bu kitab "House of the Dragon" serialının təməlini təşkil edir və Westerosda 300 il boyunca davam edən Targaryen hakimiyyətindən bəhs edir. Yəni bu kitabda baş verən hadisələr "A Song of Ice and Fire", yəni "Buz ve Ateşin şarkısı" kitab seriyasının ilk kitabı olan "A Game of Thrones" / "Taht oyunları" kitabındakı hadisələrdən 300 il əvvəl baş verir. Kitabda Targaryenlərin 300 illik hakimiyyətinin ilk 150 illik dövrü əhatə edilmişdir. İkinci 150 illik dövrünün isə kitabın ikinci cildində əhatə ediləcəyi gözlənilir. Kitabda Targaryen ailəsinin altı hökmdarının dönəmlərinə yaxından şahid oluruq. Hansı ki, onlardan birincisi Westerosu fəth edən 1-ci Aegon Targaryendir. Onun hakimiyyətə gəlişindən sonrakı 150 ildə "House of Dragon" serialında bəhs edilən hadisələr, yəni The Dying of the Dragons / The Dance of the Dragons (Ejderhaların ölümü / Ejderhaların dansı) gerçəkləşir. Əldə etdiyimiz məlumatlara görə bu roman 1996-cı ilin iyun ayında yayımlanan "Blood of the Dragon" / "Ejderhanın kanı", 2000-ci ilin dekabr ayında yayımlanan "Path of the Dragon" / "Ejdehanın yolu" və 2002-ci ilin avqust ayında yayımlanan "Arms of the Kraken" / "Krakenin kolları" adlı üç novellanın 2018-ci ildə bir araya gətirilməsi ilə yaranmışdır. Başqa bir məlumata görə isə 2014-cü ildə "The World of Ice & Fire" / "Buz ve Ateşin Dünyası" adlı kitabdan 200000-dən çox kəlimə silindi və onlar məhz bu roman üçün saxlanıldı.

    2. "A Knight of the Seven Kingdoms" / "Yedi Krallık Şövalyesi"

    "A Knight of the Seven Kingdoms" / "Yedi Krallık Şövalyesi" kitabının digər adı "Dunk ile Egg'in hikayeleri" olaraq bilinir. Bu kitab "Dunk" olarak tanınan Duncan the Tall ilə "Egg" olarak tanınan köməkçisi 5-ci Aegon Targaryenin hekayəsindən bəhs edən üç novelladan ibarətdir. İkilinin macəraları "A Game of Thrones"dakı hadisələrdən təxmini 90 il əvvəl başlayır. Kitabın ibarət olduğu 3 novella isə aşağıdakılardan ibarətdir:

- "The Hedge Knight" / "Gezgin şövalye" (1998) ;
- "The Sworn Sword" / "Yeminli kılıç" (2003) ;
- "Mystery Knight" / "Gizemli şövalye" (2010) .

    Ümumən romanlardakı hadisələrin ardıcıllığı baxımından bu kitabın oxunması o qədər də vacib deyil. Amma "Taht oyunları"ndan 90 il əvvəl baş verən hadisələri öyrənmək istəyənlər buyurub bu kitabı da oxuya bilər.

    3. "A Game of Thrones" / "Taht Oyunları"

    1996-cı ildə yayımlanan bu kitab "A Song of Ice and Fire", yəni "Buz ve Ateşin şarkısı" kitab seriyasının ilk kitabıdır. Kitabdakı hadisələr Westerosda 1-ci Robert Baratheon iqtidarında başlayır. Bu kitabda oxuyucular Robertin öz adını daşıyan üsyan başlatdığının və müvəffəq olduğunun, eləcə də Targaryen hakimiyyətinin sonunun gəldiyinin şahidi olur.






    4. "A Clash of Kings " / "Kralların Çarpışması"

    1999-cu ildə yayımlanan bu kitab "A Song of Ice and Fire", yəni "Buz ve Ateşin şarkısı" kitab seriyasının ikinci kitabıdır. İki cilddən ibarət olan bu kitabda oxuyucu savaşın hələ də davam etdiyinə və savaşmaqda olan beş kralın öz dəstəkçilərini səfərbərliyə çağırmalarına, Lannisterlərin King's Landing (Kral torpaqları) üzərindəki iqtidarını gücləndirməyə çalışmasına çahid olurlar.





    5. "A Storm of Swords" / "Kılıçların Fırtınası"

    2000-ci ildə yayımlanan bu kitab "A Song of Ice and Fire", yəni "Buz ve Ateşin şarkısı" kitab seriyasının üçüncü kitabıdır. İki cilddən ibarət olan bu kitabda bir neçə iddia sahibləri və kiçik qarşıdurmalar xaricində savaş bitmişdir. Lakin Stark ailəsinin üzvləri krizlərlə boğuşmaqdadır. Jon Snow wildlings (yabanilər) ilə birlikdə Wall'un digər tərəfinə keçir. Şərqdə isə Daenerys Targaryen liderliyi öyrənməkdədir.





    6. "A Feast for Crows" / "Kargaların Ziyafeti"

    2005-ci ildə yayımlanan bu kitab "A Song of Ice and Fire", yəni "Buz ve Ateşin şarkısı" kitab seriyasının dördüncü kitabıdır və iki cilddən ibarətdir. Kitab seriyasının ən sevilən personajları olan Jon Snow, Tyrion Lannister, Daenerys Targaryen və digərləri bu kitabda olmasa da, hadisələr qaldığı yerdən davam edir. Onlarla Wall'un və Narrow Sea'nın digər tərəfində yaşananlara fokuslanan beşinci romanda yenidən görüşəcəyik. Bu personajların kitabdakı yeri hiss edilmir, çünki Westerosa qış gələrkən King's Landing (Kral torpaqları), Iron Islands (Dəmir Adalar) və Dorne'dakı köhnə və təzə personajların entriqaları davam edir.


    7. "A Dance with Dragons" / "Ejderhaların Dansı"

    2011-ci ildə yayımlanan bu kitab "A Song of Ice and Fire", yəni "Buz ve Ateşin şarkısı" kitab seriyasının beşinci kitabıdır və iki cilddən ibarətdir. Yazar kitabın giriş hissəsində kitabdakı hadisələrin seriyanın bir öncəki kitabı olan "A Feast for Crows" / "Kargaların Ziyafeti" kitabındakı hadisələrdən sonra deyil, məhz o hadisələrlə paralel irəlilədiyini, hadisələrin xoronoloji olaraq deyil, coğrafi olaraq ayrıldığını qeyd edir. Yəni bu kitabdakı hadisələr də eynilə "A Feast for Crows" / "Kargaların Ziyafeti" kitabındakı hadisələr kimi "A Storm of Swords" / "Kılıçların Fırtınası" kitabındakı hadisələrin qaldığı yerindən davam edir və darıxdığımız personajları bizə geri gətirir.



    Müşaiyətçi roman:

        -"The World of Ice & Fire: The Untold History of Westeros and the Game of Thrones" - "Buz ve Ateşin Dünyası: Westeros ve Taht Oyunları'nın Anlatılmamış Tarihi"

    Bu kitabı tək başına bir romandan əlavə George Raymond Richard Martin tərəfindən yazılmış və Westerosda baş verən hadisələrdən bəhs edən "A Song of Ice and Fire" / "Buz ve Ateşin şarkısı" kitab seriyası və digər kitablarının müşaiyətçisi, yəni təlimatçısı kimi görmək lazımdır. Çünki hər bir şahəsər kimi "A Song of Ice and Fire" / "Buz ve Ateşin şarkısı" kimi bir şahəsərin də yaxşı bir müşaiyətçiyə ehtiyacı vardır və o müşaiyətçi məhz bu kitabdır. Möhtəşəm illüstrasiyalarla zəngin olan bu kitab 2014-cü ildə yayımlanmışdır və yazarın dünyasının tarixinə yaxından baxmaq imkanı yaradır.



    George Raymond Richard Martin tərəfindən yazılmış və Targaryen ailəsindən bəhs edən iki kiçik romanı da sizlərə təqdim edirik:

-"Princess and Queen Or Blacks and Greens" / "Prenses ve Kraliçe Veya Siyahlar & Yeşiller"

    Yayımlanma tarixi: 1 yanvar 2013-cü il. Bu kitabdakı hadisələr "A Song of Ice and Fire", yəni "Buz ve Ateşin şarkısı" kitab seriyasının ilk kitabı olan "A Game of Thrones" / "Taht oyunları" kitabındakı hadisələrdən təxmini 200 il əvvəl baş verir və "Ejderhaların dansı" olaraq bilinən Targaryenlərin daxili çəkişmələrinin səbəblərini qısa və kəskin bir dillə izah edir.









-"The Rogue Prince or a King's Brother" / "Düzenbaz Prens Veya Kral'ın Kardeşi"

    Yayımlanma tarixi: 1 iyun 2014-cü il. Bu kitabdakı hadisələr "A Song of Ice and Fire", yəni "Buz ve Ateşin şarkısı" kitab seriyasının ilk kitabı olan "A Game of Thrones" / "Taht oyunları" kitabındakı hadisələrdən təxmini 200 il əvvəl baş verir və "Ejderhaların dansı" olaraq bilinən Targaryenlərin daxili çəkişmələrinin səbəblərini qısa və kəskin bir dillə izah edən "Prenses ve Kraliçe" hekayəsinin qaranlıq tərəflərinə işıq tutan bir hekayədir.








BONUS KİTAB:


-"The Ice Dragon" / "Buz Ejderhası"

    Yayımlanma tarixi: Dekabr 2018-ci il. George R. R. Martin və möhtəşəm rəsmləri ilə Luis Royo "Buz Ejderhası"nda bir araya gələrək bir başqa əfsanəyə həyat verir!

    Əliqoşqar Kərimli təkcə oxuyucu rejimi mümkün olan (endirilməsi mümkün olmayan) onlayn qaynaqdan əldə edərək iki gün ərzində editlədiyi bu kitabı sizlərə təqdim edir!









    Dəyərli izləyici! Bu araşdırma hər hansı bir platformadan kopya edilərək əldə edilməmiş, Əliqoşqar Kərimli tərəfindən şəkil və kitab editləri daxil bir həftə vaxt sərf edilərək hazırlanmışdır! Çox xahiş edirik ki, çəkilən əziyyəti nəzərə alaraq məqaləni hər hansı bir platformada paylaşan zaman müəllif hüquqlarını qoruyun və məqalənin yazarı Əliqoşqar Kərimlini və ya saytımızı istinad göstərin.
   
 
Gördüyünüz yazıların və dizayn qrafiklərinin müəllifi Əliqoşqar Kərimlidir. Bu səbəbdən saytdan götürərək hər hansı başqa bir platformada istifadə etdiyiniz hər bir məlumat üçün istinad verməyiniz mütləqdir! Müəllif hüquqlarının qorunması məqsədilə sayt içərisindəki mətnlərin kopyalanması funksiyası deaktiv edilmişdir!