Lütfən gözləyin...

aligoshgar.github.io
Kullanıcı profili resmi

Əliqoşqar Kərimli

@aligoshgar

Saytımızın Canlı TV bölməsində izlədiyiniz kanallara aid, mütəmadi olaraq yayım linklərinin işləkliyinə nəzarət edilən IPTV playlist (M3U) linkini sizə tam ödənişsiz təqdim edirik! Yayım linkləri (M3U8) Əliqoşqar Kərimli tərəfindən müxtəlif canlı yayım platformalarından müvafiq proqramlardan istifadə edilərək tapılır və bir araya gətirilərək GitHub platformasında kodlanır, mütamadi olaraq işləkliyinə nəzarət edilir. Canlı TV bölməsində həmin playlist "iframe" olunduğu üçün həmin bölmədə bəzi kanallar açılmaya bilər. Lakin, playlisti hər hansı bir M3U videoplayer (TV player) vasitəsilə istifadə etsəniz, bu problem aradan qalxacaqdır.

Playlistdə Azərbaycan, Türkiyə və Rusiyanın ən məhşur ödənişli və ödənişsiz film, serial, xəbər, idman, musiqi və digər TV kanalları mövcuddur və vaxtaşırı yeni kanallar əlavə edilir. Bu işlə məşğul olan hər hansı proqramistə, ya da rəqəmsal yayım şirkətinə heç bir ödəniş etmədən xidmətdən tam pulsuz yararlanın!

M3U linki:

https://aligoshgar.github.io/iptv.m3u

Codec uyğunluğu nəzərə alınmaqla tövsiyə etdiyimiz IPTV Player:

https://m3u-ip.tv


QURAŞDIRMA: Yuxarıdakı link vasitəsilə endirdiyiniz IPTV Player-də M3U playlistini istifadə etmək üçün ya M3U uzantılı faylı daxili yaddaşdan seçməli, ya da online M3U linkini IPTV player-in müvafiq hissəsinə yazmalısınız. Bizim təqdim etdiyimiz online M3U linkini IPTV player-in müvafiq hissəsinə yazdıqdan sonra "Hər açılışda yenilə" seçimini aktiv etdiyinizdə, biz playlist-də hər hansı bir dəyişiklik etdiyimiz zaman bu dəyişiklik avtomatik olaraq sizin IPTV player-lərinizdə də əks olunacaqdır.

XTREAM kodları (və ya bu kodlar vasitəsilə təşkil edilən link) ilə girişin mümkün olduğu və əsasən ödənişli IPTV platformalarına aid playlistlərin istifadəsi üçün nəzərdə tutulmuş IPTV Smarters Pro kimi IPTV Player-lərdə əsasən http://server.com:8080/get.php?username=aligoshgar&password=12345&type=m3u_plus şəklində olan M3U Playlist linklərini yuxarıda qeyd olunduğu kimi birbaşa linki birbaşa IPTV Player-in müvafiq bölməsinə yazmaqla quraşdırmaq olar. Lakin siz XTREAM kodları vasitəsilə quraşdırmaq istəsəniz, bu zaman siz istifadə etdiyiniz proqramın Username bölməsinə örnək linkdəki "username="-in ardınca yazılan "aligoshgar", Password bölməsinə örnək linkdəki "password="-un ardınca yazılan "12345" və server bölməsinə isə örnək linkdəki "http://server.com:8080" yazısını daxil etməlisiniz. Nəzərə alın ki, burda göstərilən link və onun timsalında username, password və server izah üçün verilmişdir, yəni qarşılaşacağınız bütün ödənişli M3U linkləri təxmini bu formada olacaqdır. Qeyd etməkdə fayda var ki, məsələn http://server.com:8080/aligoshgar/12345/1.ts şəklində olan hər hansı bir ödənişli IPTV platformasına aid tək kanal linkində linkin "http://server.com:8080" hissəsi serveri, "aligoshgar" hissəsi username-i, "12345" hissəsi isə password-u əks etdirir. Bunları bilməklə tək kanal əsasında XTREAM kodlarını daxil edərək, ya da müvafiq şəkildə M3U linkini yaradaraq playlistin tamamını əldə edə bilərsiniz.

 

IPTV, onun quraşdırılmasında üzləşdiyiniz çətinliklər və yarana biləcək hər hansı digər bir problem üçün Əliqoşqar Kərimlinin Telegram hesabına yazmaqdan çəkinməyin:

@aligoshgar

 
   
 
Gördüyünüz yazıların və dizayn qrafiklərinin müəllifi Əliqoşqar Kərimlidir. Bu səbəbdən saytdan götürərək hər hansı başqa bir platformada istifadə etdiyiniz hər bir məlumat üçün istinad verməyiniz mütləqdir! Müəllif hüquqlarının qorunması məqsədilə sayt içərisindəki mətnlərin kopyalanması funksiyası deaktiv edilmişdir!