Lütfən gözləyin...

aligoshgar.github.io
Kullanıcı profili resmi

Əliqoşqar Kərimli

@aligoshgar

İnternet üzərində fəaliyyət göstərən və qaçaq yayım edən bir çox platforma müəyyən bir müddət sonra maneələrə rast gəlir. Belə olan halda o ya tez-tez dəyişikliyə gedir (adresini, linkini və s. dəyişir), ya da ümumiyyətlə fəaliyyətini dayandırır. Uzun bir müddətdir fəaliyyət göstərən və hər hansı maneəyə məhəl qoymadan fəaliyyətini davam etdirən VAVOO.TO isə dünyanın 15 ölkəsinin (Albaniya, Ərəbistan, Balkanlar, Bulqarıstan, Fransa, Almaniya, İtaliya, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, İspaniya, Türkiyə və Böyük Britaniya) ödənişli və ödənişsiz kanallarının qaçaq yayımını edir. Onun fəaliyyətini dayandıra bilmədikləri üçün iş o həddə çatıb ki, artıq bir neçə ölkə öz daxilində bu platformaya girişi məhdudlaşdırıb. Hansı ki, Türkiyə daxil bir neçə ölkədə platformadan istifadə VPN servisləri vasitəsilə mümkündür. Saytın bu bölməsində mən sizə bu platformanın ən rahat istifadə formasını təqdim edəcəm. 


VAVOO.TO-nun istifadəsi ilə bağlı bir çox üsullar vardır. Onların hər biri Əliqoşqar Kərimli tərəfindən araşdırılmış və proqram işləkliyi, kanal sayı və s. nüanslar nəzərə alınaraq istifadəsi ən rahat olan 4 üsul sizə təqdim edilmişdir:


1. VAVOO.TO saytı üzərindən:

Siz heç bir əlavə tədbiq quraşdırmadan brauzerinizdən https://vavoo.to saytına keçid edib ölkə seçərək istədiyiniz kanalları izləyə bilərsiniz. Sayta alternativ və eyni funksiyalı digər adreslər isə kool.to, huhu.to və oha.to adresləridir.


2. DEZOR brauzer vasitəsilə:

DEZOR brauzerin APK faylını yükləyib açdıqda adi brauzerdə olduğu kimi qarşınıza internetdə gəzinmək üçün adres çubuğu çıxacaqdır. Lakin siz həmin adres çubuğuna vavoo.to və ya kool.to yazsanız, DEZOR brauzer adi brauzerdən fərqli olaraq VAVOO platformasını çoxfunksiyalı və özünəməxsus dizaynı ilə fərqli şəkildə qarşınıza gətirəcəkdir. DEZOR brauzer rəsmi VAVOO brauzerin modifikasiya edilmiş versiyasıdır. Hansı ki, rəsmi versiya gündəlik izləmə limiti təyin edərək limiti ləğv etmək istəyənlərdən ödəniş tələb etsə də, DEZOR brauzerdə bütün limitlər ləğv edilmişdir! VAVOO-nun digər adresi olan huhu.to adresi isə bu brauzerdə rəsmi VAVOO brauzerdən fərqli olaraq (bu brauzerdə hər üç adres işləyir) adi brauzerdə olduğu kimi açılır. Original VAVOO brauzerin və DEZOR brauzerin mənfi tərəflərindən biri isə digər üsullardan fərqli olaraq 4K yayımlarda donmalara səbəb olmalarıdır. Qeyri-rəsmi üsulların yaradıcıları bu problemi həll etmiş kimi görünür. 

DEZOR.zip / Zip şifrəsi: 12345

Qeyd edək ki, DEZOR brauzerin işləmə prinsipi ilə eyni və adres (bundle) olaraq VAVOO-nun digər adreslərini (vavoo.to, kool.to və oha.to) deyil, sırf huhu.to adresini istifadə edən WATCHED proqramı artıq fəaliyyət göstərmir.


3. KODI tədbiqi vasitəsilə:

KODI müxtəlif üçüncü tərəf addons (əlavələr) və builds-lərlə (quraşdırmalarla) işləyə bilən bir video player-dir. Biz isə KODI-yə onun içərisində VAVOO platformasında olan kanalları izləyə biləcəyimiz əlavələri quraşdıracağıq. Biz sizə həm quraşdırma ilə vaxt itirmək istəməyənlər üçün proqramlanmış içərisində hazır əlavələr quraşdırılan və əlavə heç bir şey etmədən yükləyib quraşdıraraq istifadə edəcəyiniz hazır APK faylını, həm də original Kodi tədbiqi içərisində əlavələrin quraşdırılması qaydasını təqdim edəcəyik.


• İçərisində hazır əlavələr quraşdırılmış APK:

JokerEdition.zip / Zip şifrəsi: 12345


• Əlavələr quraşdıraraq istifadə edəcəyiniz original tədbiq:

Kodi

Diqqət! Quraşdırmanın bu hissəsi aşağıdakı video təlimatda ötürüldüyü üçün diqqətlə oxumağınız mütləqdir! Tədbiqi yükləyib quraşdırdıqdan sonra KODI-yə əlavələrin quraşdırılması üçün Settings > Addons > Install from zip file bölməsinə keçid etdikdə "For security, installation off add-ons from unknown sources is disabled", yəni "təhlükəsizlik üçün bilinməyən qaynaqlardan əlavələrin quraşdırılması deaktivdir" xəbərdarlığı ilə qarşılaşacaqsınız. Həmin xəbərdarlıq pəncərəsinin sol alt hissəsində olan Setting bölməsinə və ya Settings > System > Add-ons bölməsinə, ya da Settings > Addons > Options > Settings/Add-ons bölməsinə keçid etməklə Unknown sources / Bilinməyən qaynaqlar funksiyasını aktiv edin. 

Bundan sonra əlavələri quraşdırmaq üçün Settings > Addons > Install from zip file bölməsinə keçid edərək lazım olan repository-ni (əlavə və quraşdırmaları özündə birləşdirən faylı) External storage bölməsindən telefon yaddaşından tapıb seçmək lazımdır. Bundan sonra Install from repository bölməsinə keçid edərək yüklədiyimiz quraşdırma sehirbazını açırıq. 

Diqqət! Lazım olan repository telefon yaddaşında yoxdursa və onu uzaq serverdən yükləmək lazımdırsa, aşağıdakı video təlimatda göstərildiyi kimi əvvəlcə Settings > File manager > Add source bölməsinə daxil olaraq <None> yazılan hissəyə https://robinhoodtv.com/robinhood/ yazıb OK basmaq lazımdır. Bundan sonra isə yuxarıdakı qaydada Settings > Addons > Install from zip file bölməsinə keçid etdikdə cihaz yaddaşından seçim etmək üçün istifadə edilən External storage-ın yanında əlavə etdiyimiz uzaq server də görünəcəkdir. Həmin serverə daxil olaraq repository-ni seçirik. Bundan sonra yuxarıdakı qaydada Install from repository bölməsinə keçid edərək yüklədiyimiz quraşdırma sehirbazını açırıq. Bundan sonra sehirbazın içərisində ediləcək əməliyyatlar aşağıdakı video təlimatda göstərilmişdir:

VİDEO TƏLİMAT:  KODI tədbiqinə əlavələrin quraşdırılması

Eyni prinsiplə amma əlavələri (plugin videoscript module) repository şəklində deyil ayrı-ayrı quraşdırmaqla işləyən başqa bir üsulu tədbiq edərkən bir dəfə nəticə əldə etdim, lakin daha sonralar əlavələrin quraşdırılmasında qarşılaşdığım versiya uyğunsuzluğundan yaranan xətalar bu üsulu siyahıdan çıxarmağıma səbəb oldu. Lakin, sizdə işləyə biləcəyi ehtimalını nəzərə alaraq və yuxarıdakı Unknown sources / Bilinməyən qaynaqlar funksiyasının aktivləşdirilməsi bu videoda göstərildiyi üçün video təlimatı təqdim etməyə qərar verdim.

Əlavələrin uzaq server adresi: https://michaz1988.github.io/repo/

Uzaq server adresindən əlavələrin yüklənməsi qaydası bu video təlimatda və yuxarıda göstərilmişdir: VİDEO TƏLİMAT


4. VAVOO Player V2.6 vasitəsilə:

Bu player VAVOO.TO-nun təqdim etdiyi rəsmi tədbiq deyil. Hansı ki, proqram alman proqramçılar tərəfindən yuxarıda da bəhs etdiyimiz KODI proqramının modifikasiyası ilə əldə edilmişdir və istifadə dili də almancadır (ayarlardan proqramın müəyyən bir hissəsi üçün dili türk və ingilis dilinə dəyişmək mümkündür). KODI proqramı üzərində modifikasiya edilməsinə baxmayaraq tədbiq yuxarıda bəhs etdiyimiz rəsmi VAVOO brauzerinin paket adından (tv.vavoo.app) istifadə edir. Bu isə o deməkdir ki, tədbiqi yüklədiyiniz vaxt o menyuda original KODI tədbiqinin deyil, rəsmi VAVOO brauzerin yerini alacaqdır. Yəni daha öncə hansının quraşdırılmasından asılı olaraq VAVOO Player V2.6 və rəsmi VAVOO brauzer tədbiqləri öz aralarında biri o birini əvəz edəcəkdir. Nəzərə alın ki, daha öncə rəsmi VAVOO brauzer quraşdırılıbsa, onu silmədən VAVOO Player V2.6-nı onun üzərinə quraşdırmaq mümkün deyil. Lakin daha öncə VAVOO Player V2.6 quraşdırılıbsa, onu silmədən rəsmi VAVOO brauzeri onun üzərinə quraşdırmaq mümkündür. VAVOO Player V2.6-nın aşağıda təqdim edilmiş içərisində hazır Bundle quraşdırılmış Joker Edition versiyası ilə rəsmi VAVOO brauzer tədbiqlərindən hansının daha öncə quraşdırılmasından asılı olmayaraq birini silməmiş digərini quraşdırmaq mümkün deyil. Tədbiq TV Box daxil bütün android cihazlarda istifadə edilə bilər. Proqramın istifadəsi "Bundle" adlanan fayllar paketinin xarici serverdən alınaraq quraşdırılmasına əsaslanır. Biz sizə həm quraşdırma ilə vaxt itirmək istəməyənlər üçün proqramlanmış içərisində hazır Bundle quraşdırılan və əlavə heç bir şey etmədən yükləyib quraşdıraraq istifadə edəcəyiniz APK faylını, həm də sadə APK içərisində Bundle-ın quraşdırılma qaydasını təqdim edəcəyik.


• İçərisində hazır Bundle quraşdırılmış APK:

Joker.zip / Zip şifrəsi: 12345


• Bundle quraşdıraraq istifadə edəcəyiniz APK:

VAVOO Player V2.6.zip / Zip şifrəsi: 12345

APK quraşdırıldıqdan proqrama daxil olduqda sizi Bundle quraşdırmaq üçün istifadə edəcəyiniz xarici serverin adresini (linkini) yazacağınız bölmə qarşılayacaqdır. Həmin bölmədə müvafiq sətirə aşağıdakı adreslərdən istədiyiniz birini seçib yazın və OK basın. Proqram xarici serverdən fayllar paketini özü tapacaq və quraşdıracaqdır. Bundle-ların hər biri fərqli insanlar tərəfindən kodlanmışdır və hər birinin özünəməxsus dizaynı vardır. Bundle seçərkən bu nüansa diqqət edin. Gələcəkdə bu faylların original internet adreslərindən silinmə ehtimalını nəzərə alaraq onları alternativ adreslərə transfer etdik:


Bundle adresi: archive.org/download/BeachB

Alternativ adres: archive.org/download/aligoshgarkarimli


Bundle adresi: archive.org/download/VHunter

Alternativ adres: archive.org/download/aligoshgarkarimli2


Bundle adresi: archive.org/download/bygencer-1903v2

Alternativ adres: archive.org/download/karimlialigoshgar


Digərlərindən fərqli olaraq ümumilikdə istifadə dili türkcə kodlandığı üçün (digərlərində ayarlardan proqramın sadəcə müəyyən bir hissəsinin dilini türkcəyə çevirmək mümkündür) və aralarındakı ən modern dizayna sahib olduğu üçün yuxarıdakı Bundle-lar arasında mənim seçimim ən sonucu qeyd olunmuş "By Gencer"-dir.


Bir Bundle quraşdırıldıqdan sonra proqram menyusundan System > Install bundle bölməsinə keçərək yenidən Bundle quraşdırmaq üçün istifadə edəcəyiniz xarici serverin adresini (linkini) yazacağınız bölməyə girib yeni bir Bundle quraşdırmaq mümkün olsa da, quraşdıracağınız yeni Bundle köhnə Bundle-ın üzərinə quraşdırılacağı üçün (köhnə Bundle-ın faylları tam silinmədiyindən) bu bir sıra problemlərin yaranmasına səbəb olacaqdır. Rəsmi VAVOO brauzerin paket adı istifadə edilərək KODI proqramının modifikasiyası ilə əldə edilmiş VAVOO Player V2.6-da proqrama hər girişdə və vaxtaşırı olaraq eynilə rəsmi VAVOO brauzerində olduğu kimi PRO versiya üçün ödəniş pəncərəsinin açılması qarşılaşıla biləcək problemlər arasındadır. Bu səbəbdən yeni bir Bundle quraşdırmaq istəyərkən əvvəlcə proqram haqqında məlumat bölməsindən yaddaşdakı bütün məlumatları təmizləyərək proqramı sıfırlayın.

Bundle-ın quraşdırılması zamanı hər hansı bir çətinliklə qarşılaşmamaq üçün aşağıdakı video təlimatı mütləq izləyin:

VİDEO TƏLİMAT: VAVOO Player-in quraşdırılması


Videoda bəhs edilən TV Box-a fayl göndərmə proqramından istifadə etmək istəmirsinizsə, sadəcə TV Box və ya Android TV-nizdə Downloader proqramını yükləyib yuxarıda təqdim etdiyimiz linklər vasitəsilə APK fayllarını TV Box və ya Android TV-nizə quraşdıra bilərsiniz. 

Xoş izləmələr!

   
 
Gördüyünüz yazıların və dizayn qrafiklərinin müəllifi Əliqoşqar Kərimlidir. Bu səbəbdən saytdan götürərək hər hansı başqa bir platformada istifadə etdiyiniz hər bir məlumat üçün istinad verməyiniz mütləqdir! Müəllif hüquqlarının qorunması məqsədilə sayt içərisindəki mətnlərin kopyalanması funksiyası deaktiv edilmişdir!