Lütfən gözləyin...

aligoshgar.github.io
Kullanıcı profili resmi

Əliqoşqar Kərimli

@aligoshgar


Premium funksiyalara sahib - reklamsız və arxa planda istifadəsi mümkün olan YouTube axtarışındasınızsa, sizlərə tam ödənişsiz Youtube ReVanced-i təqdim edirik! Bildiyiniz kimi YouTube Vanced öz fəaliyyətinə rəsmi şəkildə son verib. Lakin ReVanced bu eyni funksiyalarla onun fəaliyyətini davam etdirir! YouTube bütün keçmiş Premium modifikasiyalı versiyalarına qadağa qoyduğu üçün bu yazımızda sizə ReVanced Manager tədbiqi vasitəsilə yeni versiyanı əldə etməyin izahını verəcəyik.

Bunun üçün YouTube-un v19.11.43 versiyası üzərində ReVanced Manager tədbiqi vasitəsilə müvafiq modifikasiyalar edilməlidir. Lakin edəcəyiniz modifikasiya əsnasında üzləşə biləcəyiniz çətinlikləri nəzərə alaraq sizə revanced.to saytından alınan, hazır modifikasiya edilmiş YouTube Revanced v19.11.43 və ReVanced-in Github səhifəsindən alınan, hesabınıza girişinizi, eləcə də proqramın işləkliyini təmin edən köməkçi proqram GmsCore MicroG Services tədbiqini təqdim edirik:

1. YouTube ReVanced v19.11.43 ;
2. GmsCore MicroG Services .

Bu tədbiqləri endirin və quraşdırın. GmsCore MicroG Services tədbiqini yükləmədən YouTube-a giriş etdiyiniz təqdirdə proqram sizi bu tədbiqin yükləmə səhifəsinə, yəni ReVanced Manager-in rəsmi Github səhifəsinə yönləndirəcəkdir. Hər iki tədbiqi yükləyib quraşdırdıqdan sonra edəcəyiniz son 1 əməliyyat qalır! Quraşdırdığınız GmsCore MicroG Services tədbiqinə giriş edin. Ən yuxarıdakı Self-Check bölməsinə giriş edin. Açılan səhifənin ən sonuna gələrək Battery optimizations ignored seçiminin qarşısındakı qutucuğu işarələyin. Proqram sizi avtomatik surətdə cihazınızın modelindən asılı olaraq Batareyaya qənaət rejimində arxa planda işləyə bilən proqramların olduğu ayarlar bölməsinə yönləndirəcəkdir. Həmin bölmədə GmsCore MicroG Services tədbiqi üçün "Kısıtlama yok" seçimini aktivləşdirin. Bu YouTube-un arxa planda və bütün funksiyalarının düzgün işləməsi üçün vacibdir! Bu əməliyyatdan sonra videolarda üzləşə biləcəyiniz tutulma və digər xətaların qarşısını almaq üçün cihazı yenidən başladın. Bu qədər!


Siz yenə də modifikasiyanı sıfırdan, özüm edəcəm deyirsinizsə, təqdim etdiyimiz 5 addımdan ibarət izahlı təlimatı diqqətlə oxuyun və addım-addım tədbiq edin. Göstərilən addımları diqqətlə tədbiq etməlisiniz. Verilən təlimatlar ReVanced-in rəsmi Reddit kanalından alınaraq tərcümə edilmişdir. Başladıq!

1. Əvvəlcə revanced.app saytı üzərindən ReVanced Manager tədbiqini yükləyərək quraşdırın ;

2. ReVanced Manager-in rəsmi Github səhifəsindən əldə edəcəyiniz GmsCore MicroG Services tədbiqinin v0.3.1.3.240913 versiyasını yükləyin və quraşdırın. Bu tədbiq keçmiş MicroG tədbiqinin funksiyasını təşkil edərək modifikasiya edəcəyiniz YouTube-da öz hesabınıza girişinizi təmin edəcəkdir. Bu tədbiqi yükləmədən giriş etdiyiniz təqdirdə proqram sizi bu tədbiqin yükləmə səhifəsinə, yəni ReVanced Manager-in rəsmi Github səhifəsinə yönləndirəcəkdir. GmsCore MicroG Services tədbiqinə giriş edin. Ən yuxarıdakı Self-Check bölməsinə giriş edin. Açılan səhifənin ən sonuna gələrək Battery optimizations ignored seçiminin qarşısındakı qutucuğu işarələyin. Proqram sizi avtomatik surətdə cihazınızın modelindən asılı olaraq Batareyaya qənaət rejimində arxa planda işləyə bilən proqramların olduğu ayarlar bölməsinə yönləndirəcəkdir. Həmin bölmədə GmsCore MicroG Services tədbiqi üçün "Kısıtlama yok" seçimini aktivləşdirin. Bu YouTube-un arxa planda və bütün funksiyalarının düzgün işləməsi üçün vacibdir!

3. YouTube v19.11.43 versiyasını yükləyin amma hələ quraşdırmayın. Çünki bu APK faylını istifadə edərək ReVanced Manager vasitəsilə onu modifikasiya edəcəyik. Bu original YouTube tədbiqidir. Hansı ki, ReVanced Manager YouTube-un məhz bu versiyası üzərində modifikasiya edilməsini tövsiyə edir. Gələcək günlərdə ola bilər ki, ReVanced modifikasiyası əlverişli olan tam başqa bir versiya tövsiyə edər. Buna görə də tövsiyə edilən versiyaya ReVanced Manager tədbiqi içərisindəki Patcher bölməsinə keçid etdikdən sonra YouTube-un altında qeyd edilən Suggested yazısının qarşısındakı versiyaya diqqət yetirməyinizi məsləhət görürük. Orada olan axtarış ikonu sizi o versiyanı yükləyə biləcəyiniz internet səhifələrinə yönləndirəcəkdir.

4. Quraşdırdığınız ReVanced Manager tədbiqinə daxil olun və Patcher bölməsinə keçid edin. Orada gördüyünüz Select an app butonuna click etdikdən sonra ekranın sağ aşağı küncündə gördüyünüz Storage butonu vasitəsilə bu təlimatın 3-cü hissəsində göstərilən qaydada yüklədiyiniz YouTube v19.09.37.apk faylını seçin. Bundan sonra görəcəyiniz Patch butonuna click edərək modifikasiyanı başladın. Proqram avtomatik olaraq original YouTube tədbiqini modifikasiya edərək sizə hazırlanmış APK faylını təqdim edəcəkdir. Həmin faylı quraşdırın.

5. Bütün bu əməliyyatları düzgün yerinə yetirdiyinizdən əmin olduqdan sonra mütləq şəkildə telefonu yenidən başladın. Bunu etmədiyiniz təqdirdə izlədiyiniz videolar internet xətasına bənzər formada yarıda ilişəcəkdir.

Qeydlər: 

Əvvəlki və artıq "The following content is not available on this app. Watch this content on the latest of YouTube" xətası aldığımız versiyalarda bu xətanı YouTube içərisində Settings > ReVanced > Misc > Spoof app signature > Disable/Turn off əməliyyatını tədbiq etməklə aradan qaldırmaq mümkün olsa da, izlədiyiniz videolar eynilə bu təlimatın 6-cı hissəsində qeyd edilən problem kimi, yəni internet xətasına bənzər formada yarıda ilişəcəkdir. 

Bu versiyada tədbiq adı, tədbiq ikonu və tədbiq içərisindəki başlıq loqosu original YouTube-dan fərqlənmir. Xoş izləmələr!

Gördüyünüz yazıların və dizayn qrafiklərinin müəllifi Əliqoşqar Kərimlidir. Bu səbəbdən saytdan götürərək hər hansı başqa bir platformada istifadə etdiyiniz hər bir məlumat üçün istinad verməyiniz mütləqdir! Müəllif hüquqlarının qorunması məqsədilə sayt içərisindəki mətnlərin kopyalanması funksiyası deaktiv edilmişdir!    
 
Gördüyünüz yazıların və dizayn qrafiklərinin müəllifi Əliqoşqar Kərimlidir. Bu səbəbdən saytdan götürərək hər hansı başqa bir platformada istifadə etdiyiniz hər bir məlumat üçün istinad verməyiniz mütləqdir! Müəllif hüquqlarının qorunması məqsədilə sayt içərisindəki mətnlərin kopyalanması funksiyası deaktiv edilmişdir!